ÇSKA(Sofiya) Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ"a qarşı keçiriləcək ilk oyununa itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Sofiya klubununu aparıcı futbolçularından olan Ceyms Eto "Qarabağ"la görüşü buraxacaq.
Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
25 yaşlı vinger intizamsız davranışlarına görə əsas komandadan kənarlaşdırılıb.
Ceyms Eto bu mövsüm Avropa Liqasında bir matçda meydana çıxıb.
Qeyd edək ki, “Qarabağ” - ÇSKA matçına 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi
