Leandro Paredes 2026-cı il dünya çempionatının finalında İspaniya millisinə 0:1 hesabı ilə məğlub olduqdan sonra sosial şəbəkədə paylaşım edib.
Sportal.az xəbər verir ki, Parades paylaşımında bunları qeyd edib:
“Təşəkkür edirəm, Argentina! Mən səni bu gün də, hər zaman da sevirəm. Bu gün bu sözləri qəlbimdə böyük ağrı ilə yazıram. Çünki ölkəmizə onun layiq olduğu sevinci bəxş edə bilmədik. Amma eyni zamanda ürəyim qürur hissi ilə doludur. Biz bütün gücümüzü ortaya qoyduq və bayrağımızı yenidən zirvəyə daşıdıq!
Bu millinin bir hissəsi olan, bu formanı təmsil edərkən meydanda sonadək vuruşan və hər matçın son saniyəsinə qədər mübarizə aparan hər kəsə təşəkkür edirəm!
Tarixin ən güclü Argentina millisinin bir parçası olmaq mənim üçün böyük şərəf idi!
saytlarin hazirlanmasi
