"Yuventus" ABŞ millisinin forvardını istəyir

10:35 - 20 İyul 2026

"Yuventus" “Monako”nun hücumçusu Folarin Baloqanın transferində əsas namizəddir. 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verr ki, “qoca sinyora” ABŞ millisinin forvardı üçün hərəkətə keçib. 

25 yaşlı amerikalı DÇ-2026-da üç qol vurub.

"Monako" oyunçunu 50 milyon avrodan aşağı qiymətə satmağa hazır deyil.

“Borussiya”(Dortmund) və "Sanderlend" də hücumçunu izləyir. Ötən mövsüm Baloqun 43 oyunda iştirak edib, 19 qol vurub və beş məhsuldar ötürmə edib.
 

Xəbər xətti