Bu gün Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə “Sabahın Ulduzları” layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov iştirak edib. Mütəxəssis uşçaq futbolunun durumunun yaxşı olmadığını deyib:
"O vaxtlar ”İnter”də (indiki "Şamaxı") işləyirdim. Həftəsonu "Sabahın Ulduzları" turniri keçirilirdi. “Neftçi” - “İnter” oyunu derbi olurdu. Buradan çıxanlar tək futbolçular deyildi, hakimlər də çıxdı. Uşaq futbolu yaralı yerimizdir. Neçə illərdir danışırıq, amma problemlər hələ ki var. Günü-gündən də yaxşılığa doğru getmir. Amma böyük layihələr var. İstəyirik ki, Cahangir müəllimlə A milli komanda haqda danışaq, amma 15 dəqiqədən sonra 2-3 saat uşaq futbolundan danışırıq. Allah qoysa, bu layihələr həyata keçiriləcək.
Klublarımız böyük iş görür. Düşünürük ki, hər şeyi AFFA həll etməlidir. Bu fikri dəyişmək lazımdır. Futbolçuları klublar yetişdirir. Akademiyaya biganə yanaşacağıqsa, yerlilər legionerlərə uduzacaqlar. Akademiyalarımıza, məşqçilərimizə dəstək lazımdır. Milli komandaya oyunçu seçimində çox çətinlik çəkirik. İnanıram. Hardansa başlamaq lazımdır. Təslim olmaq olmaz, futbol mübarizədir, bu turnirlər vacibdir. Təəssüf ki, bizdə akademiyalar son zamanlar əsas komanda kimi idarə olunur. Çempionat bitən kimi uşaqlar 2-3 ay istirahət edir. Bu, yanlışdır. Uşaq futbolu tez bir zamanda istədiyimiz səviyyəyə qalxmalıdır. Buna inanırıq. Əl-ələ verib, bunu edəcəyik.
saytlarin hazirlanmasi
