Dünya çempionatının ən yaxşıları açıqlandı: Rodri, Simon, Kubarsi

10:05 - 20 İyul 2026

DÇ-2026-da fərdi nominasiyalar üzrə qaliblər müküfatlandırılıblar.

Sportal.az xəbər verir ki, mundialın ən sərrast futbolçusu 10 qolla Fransa milli komandasından Kilian Mbappe seçilib.

Dünya çempionu adına yiyələnən İspaniya yığmasından isə kapitan Rodri turnirin ən yaxşı futbolçusu nominasiyasında "Qızıl top" mükafatına layiq görülüb.

Pireneylilərdən Unai Simon DÇ-nin ən yaxşı qapıçısı, Pau Kubarsi isə ən yaxşı gənc futbolçusu mükafatını qazanıb.

Xəbər xətti