"Bavariya” və PSJ Djed Spensi heyətinə qatmaq üçün mübarizəyə qoşulub.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, hər iki klub “Tottenhem” və İngiltərə mili komandasının üzvü olan, DÇ-2026-da tapıntılardan hesab edilən Spens üçün rəsmi təkliflər göndəriblər.
25 yaşlı futbolçunun hansı kluba keçidə razılıq verəcəyi hələ ki dəqiq deyil. Onun “Tottenhem”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
“Fulhem”in yetirməsi olan Spens “Midlsboro”, “Nottingem Forest”, “Renn”, “Lids”, “Cenoa” klublarında oynayıb. Onun xidmətində “Yuventus” və “İnter” klubları da maraqlıdır.
