Polşanın “Rakov” klubu ilə müqavilə imzalayan Azərbaycan millisinin üzvü Mahir Emreli yeni komandasında geyinəcəyi forma nömrəsini seçib.
Sportal.az xəbər verir ki, 29 yaşlı Azərbaycan millisinin hücumçusuna bir neçə forma nömrəsi seçmək imkanı verilib və o, 30 nömrə üzərində dayanıb.
Emrelinin "Rakov”la icarə müqaviləsi bir illikdir.
