Yuri Vernidub: "Komandanı gücləndirmək yönündə işlər davam edir"

18:29 - 18 İyul 2026

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub komandanın bu gün baş tutan açıq məşqindən öncə jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az ukraynalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

- Sloveniyada toplanış yaxşı keçdi. İstədiyimiz yoldaşlıq görüşləri keçirdik. Rəqiblərimiz heç də pis komandalar deyildi. Daha çox qalib gəlmək istəyərdik. Amma toplanışın məqsədi yükləmələrdir. Bütün oyunçulara eyni səviyyədə yükləmələr verildi. Hər birinə oyun dəqiqələri verməyə çalışdıq. Çox sevinirəm və toplanışdan məmnun qaldım. Daha önəmlisi odur ki, toplanışı zədəsiz başa vurdduq. Hər şey istədiyimiz kimi davam edir. Dörd yeni oyunçumuz var. Komandanı gücləndirmək yönündə işlər davam edir. Bilirik ki, hamsı mövqelərdə oyunçulara ehtiyacımız var. İstədiyimiz oyunçular üzərində işlər gedir. Bu yöndə səhvə yol vermək istəmirik. Komanda daha da güclənəcək. Bunu əminliklə deyə bilərəm. Hazırda komandanın sütunu var. Yeni cəlb edilmiş 4 oyunçu bizi kifayət qədər gücləndirir. 

- Komandanı ötən mövsüm Avropaya apardınız. Gələn il klubun 90 illiyidir. Azarkeşlərin gözləntisi böyükdür. Onlara nə söz verə bilərsiz? 

- Söz vermək bir şeydir, ona əməl etmək başqa. Əminliklə deyə bilərəm, hamımız çalışırıq ki, birlikdə Liqa mərhələsinə gedək. Bu, heç də asan olmayacaq. Bu oyunlardan, həm də püşkatmada düşəcək rəqibdən asılıdır. Qarşıda bizi "Dinamo" ilə oyun gözləyir. Öncə onları keçməliyik. Sonra digər rəqib haqda düşünə bilərik. 

- "Dinamo" necə komandadır? 

- Çempion komandadır, hazırda da turnir cədvəlində liderdir. Onlarda hazırda çempionat davam edir. Düşünmürəm ki, asan olacaq. Çətin olacaq. Buna hazırıq. 

- Hansı mövqelərə oyunçu axtarırsız? 

- Hücum xəttinə futbolçu axtarırıq. Hər şey yaxşı olsa, "8 nömrə" mövqeyinə oyunçu baxırıq. 

- Azərbaycanlı oyunçulara baxırsız? 

- Bizdə akademiyadan əsas komandaya cəlb olunan oyunçular var. Onların üzərində işləyəcəyik. Yerli bazardan Rüfət Abbasovu heyətə cəlb etmişik. 

- Freddi Varqasla bağlı son durum necədir? 

- Bir az səbir edək. İş gedir. Nə vaxt ki hər şey konkretləşəcək, rəsmi məlumat verəcəyik.

Elçin Əlixan

Xəbər xətti