"Arsenal" İngiltərə yığmasının futbolçusunu transfer etməkdə israrlıdır

00:10 - 17 İyul 2026

"Arsenal" Morqan Rocersin transferi istiqamətində işini sürətləndirib.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "Aston Villa" və İngiltərə millisinin üzvü olan Rocers London klubunun yeni cinah oyunçusu üçün əsas hədəfi olaraq qalır.

Bildirilir ki, “Arsenal” futbolçunun nümayəndələri ilə danışıqlarda irəliləyiş əldə edib.

Həmçinin qeyd olunur ki, Rocersin mümkün transferi Kristos Tzolisin keçidi ilə əlaqəli deyil. “Topçular” əvvəlcədən hər iki futbolçunu heyətinə qatmağı planlaşdırırdı.

Eyni zamanda, PSJ-nin cinah oyunçusu Bredli Barkola ilə bağlı hazırda heç bir danışıq aparılmır. Bu səbəbdən “Arsenal”ın əsas diqqəti məhz Morqan Rocersin transferinə yönəlib.

Xəbər xətti