Kristian Romero bu yay "Tottenhem"dən ayrılması ehtimalı yüksək qiymətləndirilir.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "İnter" son günlər London klubu ilə 28 yaşlı mərkəz müdafiəçisinin mümkün transferi barədə danışıqlar aparıb.
“İnter” argentinalı futbolçunun xidmətində maraqlı olsa da, onun transfer qiymətini çox yüksək hesab edir. Bundan başqa, "Barselona" da “Tottenhem”in kapitanına maraq göstərir.
Kristian Romeronun “Tottenhem”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, yay transfer pəncərəsində onun gələcəyi ilə bağlı ciddi dəyişikliklərin baş verməsi istisna olunmur.
saytlarin hazirlanmasi
