"Şəfa" 5 yoxlama oyunu keçirəcək

20:57 - 14 İyul 2026

“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Bakı təmsilçisinin ilk matçı iyulun 17-də “İmişli”yə qarşı olacaq. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv iyulun 25-də Qəbələdə eyniadlı komandanın qonağı olacaq. İyulun 31-dəki sınaq oyunununda “Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Avqustun 7-də isə iki oyunun baş tutması planlaşdırılır. Səhər saatlarında “Neftçi-2” ilə üz-üzə gələcək komandanın axşamkı rəqibi isə “Qarabağ-2” olacaq.

Xəbər xətti