Andrea Pirlo İtaliya millisinin yeni baş məşqçisi ola bilər.
Sportal.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının yeni texniki direktoru Paolo Maldini Pirlonu milli komandanın baş məşqçi postuna əsas namizəd kimi görürlər.
Bununla yanaşı, Pep Qvardiola, Antonio Konte və Roberto Mançininin namizədliyi də nəzərdən keçirilir. Bildirilir ki, federasiyanın yeni rəhbərliyi həftənin sonuna qədər seçim edəcək, bundan sonra İtaliya Futbol Federasiyasının prezidenti Ciovanni Malaqo danışıqların başlanması ilə bağlı yekun qərarı verəcək.
Pirlo 2025-ci ilin yayından etibarən BƏƏ-nin ikinci liqasında çıxış edən "Dubai Yunayted"ə rəhbərlik edir. 47 yaşlı mütəxəssis daha əvvəl "Yuventus", "Karagümrük" və "Sampdoria" komandalarının baş məşqçisi olub.
saytlarin hazirlanmasi
