"Mançester Siti"nin futbolçusu İspaniyada klub almağı planlaşdırır

15:28 - 12 İyul 2026

"Mançester Siti"nin və İspaniya millisinin üzvü Rodri klub sahibi ola bilər.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Rodriyə sayca 4-cü liqada yarışan(Sequnda RFEF) “Real Avilya”nın səhmdarı olmaq təklif edilib.

Avilya təmsilçisinin rəhbərliyi klubun səhmdarının böyük hissəsini Rodriyə satmağa hazırdır. “Real Avilya” 1932-ci ildə yaradılıb. 

Qeyd edək ki, Rodri özü "Vilyarreal", "Atletiko"(Madrid) klublarında oynayıb və 2019-cu ildə "Mançester Siti"yə keçib.

Xəbər xətti