"Şəfa"nı Premyer Liqaya çıxaran məşqçi bu klubun təklifindən imtina etdi

15:49 - 12 İyul 2026

Başa çatan mövsümdə “Şəfa”nı çempion edərək Premyer Liqaya vəsiqə qazandıran Elgiz Kərəmliyə daha bir təklif gəlib.

Sportal.az saytına verilən məlumata görə, 2025/2026 mövsümündə Premyer Liqaya çıxmaq uğrunda pley-off matçı oynayan və məğlub olan “Mingəçevir” Kərəmliyə təklif göndərib.

Amma tərəflər arasında maliyyə məsələlərində razılıq əldə olunmayıb.

Buna görə də, gənc məşqçinin bölgə klubuna təyinatı reallaşmayıb.
 

Xəbər xətti