“Qarabağ”ın müdafiəçisi Bruno Lanqa Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda İslandiyanın “Vestri” klubu üzərində qazandıqları 3:0 hesablı qələbəsini şərh edib.
Sportal.az açıqlama verən anqolalı futbolçu “Qarabağ”a adaptasiya olduğunu bildirib:
"Yaxşı oyun keçirdik. Nəticədən məmnunam. Yaxşı oyun göstərdik. Amma hələ qarşıda cavab oyunumuz var. Buna hazırlaşmalıyıq. İlk oyunda yaxşı oynadıq və səfərdə də eyni şeyi etməliyik. Komandaya uyğunlaşmama gəldikdə isə, özümü burada rahat hiss edirəm. Yaxşı qarşılandım, adaptasiyam da normal gedir. Yeni komandamla uğur qazanacağıma ümid edirəm".
saytlarin hazirlanmasi
