"Mourinyo axmaq deyil, güclü komandaya ehtiyacı olduğunu başa düşür" - "Real"ın keçmiş futbolçusu

22:48 - 11 İyul 2026

“Real”ın keçmiş yarımmüdafiəçisi Klod Makelele “Kral klubu”nun yarımmüdafiəçi Orelyen Tçuameninin müqavilə müddətini artırmaq istədiyi barədə yayılan şayiələrə cavab verib və komandanın heyətini necə gücləndirməli olduğunu açıqlayıb.

Sportal.az “DAZN”a istinadən xəbər verir ki, fransalı Joze Mourinyonun da savadlı mütəxəssis olduğunu deyib:

"Tçuameni bütün mövsüm komandada yeganə sabit oyunçu idi. Mourinyo axmaq adam deyil. O, bacarıqlı məşqçidir, ən yaxşılardan biridir. Başa düşür ki, La Liqanı qazanmaq üçün güclü komandaya ehtiyacı var. “Real”da topu daşıya və müdafiəni yara bilən yarımmüdafiəçi yoxdur. Onlara Vinisius kimi hücumçulara sürətli ötürmələr edə bilən və eyni zamanda təkbaşına irəli getməyi bacaran oyunçu lazımdır".

Ötən mövsüm 25 yaşlı yarımmüdafiəçi bütün yarışlarda 49 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Makalele 2000-2003-cü illərdə "Real"ın formasını geyinib.

Xəbər xətti