DÇ-2026-da iştirak etmiş futbolçu dünyasını dəyişib

17:37 - 11 İyul 2026

Cənubi Afrika Respublikası milli komandasının üzvü Ceyden Adams dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, bu barədə "Soccer Laduma" portalı məlumat yayıb.

Futbolçunun ölüm səbəbi açıqlanmayıb. 25 yaşlı yarımmüdafiəçi komandası dünya çempionatında mübarizəni dayandırdıqdan bir neçə gün sonra vəfat edib.

Qeyd edək ki, Ceyden Adams ölkəsinin "Mamelodi Sandaunz" klubunda çıxış edirdi. O, DÇ-2026-da üç matçda meydana çıxıb. Adams qrup mərhələsinin Meksika (0:2), Çexiya (1:1) və Cənubi Koreya (1:0) ilə oyunlarında iştirak edib.

Xəbər xətti