Azərbaycanlı futbolçu ehtiyat oyunçular skamyasında əyləşsə də...

22:07 - 24 Avqust 2026

Rusiya Milli Futbol Liqasında 8-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" səfərdə "KAMAZ"ın qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil Şeydayev matçın 67-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 16 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.

Xəbər xətti