"Mançester Siti"ni "Tottenhem"ə dəyişəcək

21:35 - 23 Avqust 2026

"Mançester Siti"nin futbolçusu Omar Marmuş İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Tottenhem" misirli forvardın keçidi üçün onun klubu ilə razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu Marmuşu icarəyə götürəcək. "Tottenhem" 60 milyon avro ödəməklə 27 yaşlı hücumçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Omar Marmuş 2025/26 mövsümündə "Mançester Siti"nin heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti