"Barselona"dan Portuqaliya klubuna - RƏSMİ

12:10 - 22 Avqust 2026

"Barselona"nın yarımmüdafiəçisi Tommi Markes karyerasını Portuqaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Braqa" ispaniyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya klubu Markes üçün İspaniya çempionuna 11 milyon avro təzminat ödəyib. 19 yaşlı dayaq yarımmüdafiəçisi "Braqa" ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Barselona" futbolçunun növbəti satışından 20 faiz pay əldə edəcək. Bundan başqa, La Liqa nəhənginin 60 milyon avro qarşılığında gənc oyunçunu ger qaytarmaq hüququ var.

Qeyd edək ki, Tommi Markes "Barselona"nın yetirməsidir. İspaniya U-19 millisinin üzvü Kataloniya təmsilçisinin heyətində La Liqada 2 matçda meydana çıxıb.

Xəbər xətti