"Real" braziliyalı müdafiəçisi Eder Militaonun bərpa olunma müddəti ilə bağlı məlumat ortaya çıxıb.
Sportal.az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun meydana qayıtması sentyabrın sonu - oktyabrın əvvəlinə nəzərdə tutulmuş milli komandaların oyunları ilə əlaqədar beynəlxalq fasilədən sonra gözlənilir.
Xatırladaq ki, Militao aprel ayında bud nahiyəsindən zədə alıb. Təcrübəli mərkəz müdafiəçisi buna görə də cərrahiyyə əməliyyatı keçirməyə məcbur qalıb və dünya çempionatını buraxmalı olub. Oyunçu hazırda fərdi proqram əsasında meydançada top ilə məşq edir.
"Real" La Liqanın yeni mövsümündə özünün ilk rəsmi matçını avqustun 22-də "Espanyol"a qarşı keçirəcək.
saytlarin hazirlanmasi
