"Sabah"ın yarımmüdafiəçisi Velko Simiç Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda "Hapoel"ə (Beer-Şeva)(1:2) qarşı keçirilmiş ilk matç haqda danışıb.
Sportal.az xəbər verir ki, İTV-yə açıqlama verən serbiyalı futbolçu cavab matçından və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq şanslarından bəhs edib:
"Ola bilər ki, bu, bizim ən yaxşı keçirdiyimiz oyun deyildi. Amma hər şey ikinci oyundan asılıdır. Nəticə hələ bəlli deyil. Oyunumuzda bəzi şeylər var ki, onları artırmalı və inkişaf etdirməliyik. Təbii ki, ÇL-in bu mərhələlərində qollar vurmaq möhtəşəm hissdir. Mənim üçün komandanın nəticəsi daha önəmlidir. Biz istəyərdik ki, daha yaxşı çıxış edək. Əgər Bakıda çox yaxşı nəticə əldə edib ÇL-in əsas mərhələsinə adlasaq, bu, mənim üçün qollardan daha böyük mükafat olacaq. Təbii ki, cavab oyununu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərə səslənirəm ki, oyuna gəlsinlər və tribunaları doldursunlar. Yenidən möcüzəvi gecə yaşaya bilərik".
saytlarin hazirlanmasi
