Azərbaycan millisin üzvləri Türkiyə klubuna keçdi

12:14 - 21 Avqust 2026

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üz üzvü karyerasını Türkiyədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, Xanım Əsədova, Ayşən Salamzadə və Alina Nəhmədova 1-ci Liqa klubu “Qaziantep Safir”də oynayacaq.

Yığmamızın futbolçuları ilə 1 illik müqavilə bağlanıb.

Xatırladaq ki, Əsədova ilə Salamzadə son olaraq “Neftçi”də, Nəhmədova Serbiyanın “Partizan” klubunda forma geyinib.

Xəbər xətti