Azərbaycan millisinin cüdoçusu Ekvadorda dünya çempionu oldu

09:57 - 21 Avqust 2026

Azərbaycanın yeniyetmə cüdoçusu Fərid Rzazadə Ekvadorun Quayakil şəhərində dünya çempionu olub.

Sportal.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, müvafiq olaraq Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan), Artur Bonato (Braziliya) və Adiljan Nurbekeni (Qazaxıstan) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, millimizin daha üç üzvü tatamiyə çıxacaq.

Xəbər xətti