Bu gün "Qarabağ" UEFA Konfrans Liqasında növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv təsnifat mərhələsinin pley-offunda "Tvente" önünə çıxıb. Səfərdə yeganə qolun sahibi olan Ağdam klubu qələbə qazanmağı bacarıb.
Komandalar arasındakı cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.
Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
20 avqust
22:00 "Tvente" - "Qarabağ" 0:1
Qol: Kadi Borges,52
saytlarin hazirlanmasi
