"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Barselona" xorvatiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Klubların 3 milyon avro və bosuslar qarşılığında anlaşdığı bildirilir. "Barselona" Livakoviçi transfer etdikdən sonra Zaqreb "Dinamo"suna icarəyə verməyi planlaşdırır. İspaniya çempionu 31 yaşlı qolkiperi gələn il Vayçex Şesnıyın gedişindən sonra ikinci qapıçı kimi düşünür.
Qeyd edək ki, Dominik Livakoviç 2025/26 mövsümünün birinci yarısında icarə əsasında "Jirona"da, ikinci yarısında isə ölkəsinin "Dinamo" klubunda çıxış edir.
saytlarin hazirlanmasi
