"Sabah"ın rəqibində iki ayrılıq - FOTO

16:20 - 18 Avqust 2026

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel"də ayrılıqlar reallaşıb.

Sportal.az xəbər verir ki, bu barədə İsrail klubunun mətbuat xidməti məlumat yayıb.

Beer Şeva təmsilçisi Mor Siman Tovu "Hapoel"ə (Kiryat Şmona), Yoav Koreni isə "Makkabi"yə (PetaH-Tikva) icarəyə verib. Hər iki futbolçu 2026/27 mövsümünü adıçəkilən klubların heyətində keçirəcək.

Qeyd edək ki, "Sabah"la "Hapoel" arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Komandalar arasında cavab matçı isə ayın 25-də Bakıda baş tutacaq.


Xəbər xətti