Azərbaycanlı futbolçu oynadı, komandası yarımfinalda məğlub oldu

00:31 - 17 Avqust 2026

İsraildə futbol üzrə Toto Kubokunun yarımfinal oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “İroni” (Kiryat-Şmona) yarımfinalda doğma meydanda “Hapoel” (Təl-Əviv) ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Abdullazadə matçda 90 dəqiqə meydanda olub.

Beləliklə, “İroni” Toto Kubokunda mübarizəni yarımfinal mərhələsində başa vurub.

Xəbər xətti