“Sabah” Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off oyunu üçün Rumıniyanın Buxarest şəhərində İsrailin “Hapoel Beer-Şeva” klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu səfər görüşü üçün planlarını yekunlaşdırıb.
“Bayquşlar” bu gün saat 14:00-da çarter reysi ilə Rumıniya paytaxtına yola düşəcək.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bakı vaxtı ilə saat 21:30-da mətbuat konfransı keçirəcək, yarım saat sonra komandanın son məşqi keçiriləcək.
"Hapoel Beeer Sheva" - "Sabah" matçı 19 avqustda Giulesti stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
