İngiltərənin "Nyukasl" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Benfika"dan Amar Dediçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Nyukasl" bosniyalı futbolçu üçün Portuqaliya klubuna 34,5 milyon avro təzminat ödəyib. 24 yaşlı sağ cinah müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü olan Amar Dediç 2025/26 mövsümündə "Benfina"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 46 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
