"Dinamo"nun baş məşqçisi " Qarabağ"la oyunu xatırladı - "İki ağır oyun keçirdik"

11:48 - 18 Avqust 2026

"Dinamo"nun (Kiyev) baş məşqçisi İqor Kostyuk Ukrayna mətbuatına danışıb.

Sportal.az xəbər verir ki,  "Xsport.ua" portalına danışan ukraynalı mütəxəssis "Qarabağ"a qarşı keçirilmiş (0:2, 1:0) oyunu da xatırlayıb:

"Biz Lublin və Bakıda "Qarabağ"a qarşı iki ağır oyun keçirdik. Həmin ərəfədə "Veres"lə də oynadıq. Ümumilikdə 4 çətin oyun keçirdik. Azərbaycandakı matçda oynamış yeddi futbolçu " Kolos"la görüşün əsas heyətinə düşmüşdü. Komanda emosional olaraq başa düşürdü ki, yaxşı köklənmək lazımdır. Futbolçularla danışdıq ki, qələbə qazanmaq mütləqdir. Çünki qarşıda bizi pauza gözləyir və işimizin öhdəsindən gəldik".

Xəbər xətti