"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab oyunda zədələnib.
Sportal.az xəbər verir ki, aparılan tibbi müayinələr nəticəsində 25 yaşlı sol cinah müdafiəçisinin ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Oyunçunun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, Elvin Cəfərquliyev cari mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
