"Çelsi" qazaxıstanlı hücumçunu icarəyə verdi

10:53 - 15 Avqust 2026

"Çelsi" hücumçu Dastan Satpaevi icarəyə verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi qazaxıstanlı futbolçunu "Börnli"yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı forvard 2026/27 mövsümünü Çempionşip təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Çelsi" Dastan Satpaevi bu yay "Kayrat"dan 2,4 milyon avroya transfer edib.

Xəbər xətti