"DAK 1904" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində doğma meydanda Niderlandın "Tvente" klubu ilə üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, görüş 3:3 hesablı bərabərliklə başa çatıb.
Slovakiya təmsilçisinin qollarından birini yayda "Qəbələ"dən "DAK 1904"ə transfer olunan Prins Ovusu vurub. Qanalı vinger komandasının 3-cü qolunun müəllifi olub.
Qeyd edək ki, "DAK 1904"ü mübarizədən kənarlaşdıran "Tvente" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.
saytlarin hazirlanmasi
