"Orhus"un futbolçusu "Sabah"a qarşı matç haqda: "Ağır məğlubiyyət idi"

18:34 - 13 Avqust 2026

Danimarkanın “Orhus” klubunun futbolçusu Maqnus Knudsen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah”a qarşı cavab görüşü haqda danışıb.

Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatın açıqlama verən Knudsen Bakıdakı 0:4 hesablı məğlubiyyət barədə bunları deyib:

"Əlbəttə ki, bu, ağır məğlubiyyət idi. Çünki biz Bakıya Çempionlar Liqasında oynamaq arzusunu davam etdirmək üçün yollanmışdıq. Amma buna nail ola bilmədik. Arzumuz puç oldu. Hazırda ən vacib şey Çempionlar Liqasının gerçəkləşməmiş arzusudur. Dünyanın istənilən yerindən olan uşaq bu turnirdə oynamaq arzusundadır və biz də bunu istəyirdik, amma bacarmadıq. İndi Avropa Liqasında oynamaq şansımız var və bu məqsədə doğru çalışmalıyıq".


 

Xəbər xətti