"Mançester Siti"nin futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir - 61 milyon avro qarşılığında

21:34 - 13 Avqust 2026

Tijani Reijnders “Al-Qadsiah”a keçidə razılıq verib.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, niderlandlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubunun təklifini qəbul edib. Tərəflər artıq 61 milyon avroluq transferlə bağlı şifahi razılığa gəliblər.

“Mançester Siti” də bu məbləğə razılıq verib və hazırda klublar müqavilənin rəsmiləşdirilməsi üçün sənədləri dəyişirlər.

Reijnders transferin tamamlanmasını gözlədiyi üçün bu gün komandanın məşqində iştirak etməyib. O, Səudiyyə Ərəbistanına yola düşməyə hazırlaşır.

Beləliklə, 28 yaşlı futbolçunun “Mançester Siti”dəki karyerası cəmi bir mövsümdən sonra başa çatmaq üzrədir. Reijnders 2025-ci ilin yayında “Milan”dan İngiltərə klubuna keçmişdi.

Xəbər xətti