Son mövsümü "Karvan-Yevlax"da keçirmiş Coy-Slayd Mikkels Maltada oynayacaq.
Sportal.az xəbər verir ki, ruandalı forvard "Hibernians"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu yeni komandasına azad agent kimi qoşulub.
O, 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində Azərbaycan Premyer Liqasında meydana çıxdığı 19 matçda 5 qolla yadda qalıb.
saytlarin hazirlanmasi
