"Real"ın yeni transferi: "Burada olmaq şərəfdir"

13:34 - 11 Avqust 2026

İki ay öncə “Çelsi”dən transfer edilən “Real”ın futbolçusu Mark Kukurelya yeni klubundakı hisslərini bölüşüb.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan ispan futbolçu "kral klubu"na keçidi haqda danışıb.

Bununla yanaşı, o, "Real"a transferinə görə özünü xoşbəxt hiss etdiyini bildirib: 

"Real"a keçidim üçün çox xoşbəxtəm. Uzun gözləmə oldu, vaxt uzandı, amma indi buradayam. Artıq komanda yoldaşlarımla məşq etdim, hər kəsi tanıdım və tədricən hər kəsi daha yaxşı tanımaq istəyirəm, ümid edirəm ki, bu, əla bir il olacaq. Bu, böyük bir qürurdur. Biz  bu klubda böyük əfsanələr görmüşük. “Real”  böyük tarixə malik, Avropanın ən böyüyü olan klubdur. Bu gün burada olmaq bir imtiyaz, bir şərəf və ən əsası, karyeram boyunca sərf etdiyim bütün səylərə görə bir mükafatdır. Hər şey çox yaxşı gedir. Uzun müddətdir komanda yoldaşlarımla görüşmək istəyirdim. Mənə yazan bəzi oyunçularla danışdım. Qarşılaşma çox səmimi idi. Gün uzun və çətin idi, amma ritmi hiss etməyə başlayıram və tədricən hadisələrin gedişatına girirəm. Karyeramın ən maraqlı hissəsi başlayıb".

Qeyd edək ki, 28 yaşlı futbolçu bu yay "Real"la 6 illik müqavilə imzalayıb.

Xəbər xətti