"Çelsi" "Yohor Darul Tazim"lə yoxlama görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Malayaziyadakı Sultan İbrahim stadionunda keçirilmiş matç 3:3 hesabı ilə başa çatıb.
"Zadəganlar"ın heyətində Liam Delap iki penaltini (43, 62) dəqiq yerinə yetirərək dubl edib. “Zadəganlar”ın digər qolunu isə oyunun sonlarına yaxın (89) meydan sahiblərinin müdafiəçisi Antonio Qlauder öz qapısına vurub.
Malayziya komandasının qollarına Arif Ayman (15), Oskar Arribas (65) və Berqson (87) imza atıblar.
saytlarin hazirlanmasi
