Torres PSJ-nin təklifini qəbul etdi

17:58 - 8 Avqust 2026

"Barselona"nın hücumçusu Ferran Torres PSJ-yə keçməyə yaxındır.

Sportal.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

İspaniyalı futbolçu Fransa klubu ilə 4 illik müqavilənin şərtlərini artıq razılaşdırıb. ​Torres, həmçinin "Barselona" rəhbərliyinə komandanı tərk etmək istədiyini bildirib.

Əvvəllər tərəflərin futbolçunun istirahətdən qayıtmasından sonra gələn çərşənbə günü görüşməyi planlaşdırdıqlarına baxmayaraq, transferlə bağlı danışıqlar daha tez başa çata bilər.
​PSJ və "Barselona" artıq bir neçə gündür ki, mümkün keçidi müzakirə edirlər. Kataloniyalıların idman direktoru Deku parislilərin rəhbərliyinin müşaviri Luiş Kampuşla birbaşa əlaqə saxlayır.

Klublar razılaşmanı çərşənbə gününə qədər rəsmiləşdirməyə çalışırlar ki, Torres "Barselona" ilə birlikdə yeni mövsümün hazırlıqlarına başlamasın. PSJ-nin 26 yaşlı forvard üçün 50 milyon avro ödəyəcəyi gözlənilir.

​Ferran Torres "Barselona"nın heyətində beş mövsüm keçirib. O, 2025/26 mövsümündə La Liqanın 33 matçında 16 qol vurub.

Xəbər xətti