"Mançester Siti" argentinalı qapıçı transfer edir

15:49 - 8 Avqust 2026

"Marsel"in qapıçısı Xeronimo Rulyi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Mançester Siti" argentinalı qolkiperin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mançester rəmsilçisi Rulyi üçün Fransa klubuna 2 milyon avro təzminat ödəyəcək. 34 yaşlı "əlcək sahibi" yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Xeronimo Rulyi 2024-cü ilin yayından "Marsel"də çıxış edir.

Xəbər xətti