"Real" 140 milyon avroluq transferi bitirir

14:45 - 6 Avqust 2026

"Real" "Leyptsiq"də çıxış edən Yan Diomandenin transferini yekunlaşdırmaq üzrədir.

Sportal.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. La Liqa nəhəngi Fil Dişi Sahili millisinin üzvü üçün Almaniya klubuna 125+15 milyon avro təzminat ödəyəcək. 19 yaşlı vinger "Real"la müqavilə imzalamaq üçün bu gün Madridə yola düşəcək.

Qeyd edək ki, Yan Diomande 2025/26 mövsümündə "Leyptsiq"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti