"Neftçi" Premyer Liqada yeni mövsümün hazırlığına başladı - FOTOLAR

10:35 - 4 Avqust 2026

“Neftçi” Azərbaycan Premyer Liqasında yeni mövsümün hazırlığına start verib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasındakı səfər matçından sonra 3 günlük istirahətə buraxılan komanda üzvləri dünən “Palms Sports” Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında məşqə çıxıblar.

Qeyd edək ki, “ağ-qaralar” 1-ci turda “Sumqayıt”ın qonağı olacaq. İlk turun görüşləri 14-17 tarixlərində keçiriləcək.

 

Xəbər xətti