"Yuventus"un müdafiəçisi Joao Mario İtaliya A Seriyasında klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu "Fiorentina"ya keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Bənövşəyilər" Marionu 1 milyon avro qarşılığında icarəyə götürəcəklər. "Fiorentina" 9 milyon avro ödəməklə 26 yaşlı sağ cinah müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Yuventus" Joao Marionu 2025-ci ilin yayında "Portu"dan transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Bolonya"da çıxış edib.
saytlarin hazirlanmasi
