"Fənərbaxça"nın yarımmüdafiəçisi Sofyan Amrabat İspaniyada qala bilər.
Sportal.az xəbər verir ki, "Betis" mərakeşli futbolçunun transfer hüquqlarına yiyələnmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
La Liqa klubu Amrabatla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Fənərbaxça" 29 yaşlı dayaq yarımmüdafiəçisi üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, "Betis" Sofyan Amrabatı 2025-ci ilin yayında icarəyə götürmüşdü. Təcrübəli futbolçu "ağ-yaşıllar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
