Kipr təmsilçisi "Pafos" heyətində çıxış edən azərbaycanlı vinger Murad Məmmədovlə birlikdə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın "Hajduk" komandası ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, ilk oyunda 0:2 hesabı ilə uduzan Kipr təmsilçisi cavab matçında möhtəşəm geri dönüş edərək 4:0 hesabı ilə qalib gəlib. Əsas vaxt 2:0 hesabı ilə başa çatdığı üçün qalib əlavə vaxtda müəyyənləşib və "Pafos" əlavə 30 dəqiqədə daha iki qol vuraraq mərhələ adlayan tərəf olub.
Murad Məmmədov 82-ci dəqiqədə, hesab 1:0 olarkən meydana daxil olub.
"Pafos" III təsnifat mərhələsində Avstriyanın "Zaltsburq" komandası ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi
