"Roma" yunan futbolçu üçün 17 milyon avro ödəyəcək

22:51 - 31 İyul 2026

Konstantinos Kulyerakis VfL "Volfsburq"dan "Roma"ya keçir.

Sportal.az xəbər verir ki, İtaliya klubu 22 yaşlı yunan mərkəz müdafiəçisini 17 milyon avro və bonuslar qarşılığında transfer etmək barədə razılığa gəlib.

Futbolçu avqustun 1-də, şənbə günü tibbi müayinədən keçəcək. Bundan sonra o, “Roma” ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacaq.

Razılaşmaya əsasən, “Volfsburq” futbolçunun gələcək satışından əldə olunacaq transfer məbləğinin 20 faizini alacaq.

Kulyerakis ötən mövsüm Bundesliqada 29 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti