Bu gün “Zirə” Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ikinci oyununu keçirib.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Estoniyanın “Paide” komandasını qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Zirə" ilk oyunda məğlub olduğu üçün turnirdə mübarizəni dayandırıb.
Bu matçın qalibi üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid”(Vyana) komandası ilə qarşılaşacaq.
20:00 "Zirə" (Azərbaycan) - "Paide" (Estoniya) 1:1
Qollar: Eren Aydın, 5 - Henri Anier, 71
“SOCAR Polymer Arena”, Sumqayıt
Baş hakim: Patrik Kolariya (Xorvatiya)
İlk oyun: 0:1.
