"Neftçi" qalib gələ bilər, amma ümid edirəm ki, növbəti mərhələyə "Dinamo" vəsiqə qazanacaq" - Belarus millisinin müdafiəçisi

13:18 - 29 İyul 2026

"Düzünü desəm, oyunun başlanğıcı mənim üçün daha təəccüblü idi. "Neftçi"nin dominant tərəf olacağını ehtimal edirdim. Lakin 8-ci dəqiqədən sonra 2:0 öndə olacağını düşünmürdüm".

Bu sözləri Sportal.az saytına açıqlamasında Belarus millisinin üzvü, “Atırau”nın futbolçusu və “Kəpəz”in sabiq müdafiəçisi Yeqor Xvalko deyib.

Onun sözlərinə görə, cavab matçında “Dinamo” istədiyi nəticəni qazanacaq:

"Azərbaycanda hələ ki çempionat başlamayıb. Klublar yeni mövsümə hazırlaşırlar. “Dinamo” isə çempionatın yarısını oynayıb. Bu da onlar üçün üstünlükdür. Fikrimcə, hələ ki heç nə olunmayıb, şanslar 45/55-ə “Dinamo”nun xeyrinədir. Ümid edirəm ki, “Dinamo” növbəti mərhələyə vəsiqə qazanacaq. “Neftçi” Bolqarıstanda “Dinamo”nu məğlub edə bilər. Amma sonda “Dinamo”nun uğurlu nəticə qazanacağını ehtimal edirəm. Həmyerlilərimin ev oyununu Bolqarıstanda keçirməsi “Dinamo” üçün nə mənfi haldır, nə də müsbət. Bu klubda təcrübəli oyunçular oynayır. Hansı ki, onlar komandanın müsbət nəticə qazanmağa kömək ola bilər".

Mirbağırağa

Xəbər xətti