Fransa millisinin və “Kristal Pelas”ın hücumçusu Jan-Filip Mateta Türkiyədə oynaya bilər.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” 29 yaşlı hücumçu üçün artıq hərəkətə keçib.
Tərəflər arasında danışıqlar davam edir. Matetanı Səudiyyə Ərəbistanı klubları da heyətində görmək istəyir. Təcrübəli forvard yaxın günlərdə konkret seçimini etməlidir.
Onun “Kristal Pelas”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Mateta “Lion”, “Havr”, “Maynts” klublarında çıxış edib.
